Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

2022-ci ilin sosial-iqtisadi göstəriciləri

2022-ci ildə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən  613,6 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,2  faiz  çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.

2022-ci ilin yanvar-dekabr aylarında bütün maliyyə mənbələri hesabına 63,1 milyon manat həcmində əsas fondlar istifadəyə verilmiş, rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 796,6 milyon manat məbləğində vəsait  yönəldilmiş, 455,7 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir.

2022-ci il ərzində tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərin həcmi 843,5 milyon manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 dəfə çoxdur.

Podratçı təşkilatların gördükləri yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi işləri 739,6 milyon manat, əsaslı təmir 22,2 milyon manat, cari təmir 38,2 milyon manat, sair tikinti işləri isə 43,5 milyon manat təşkil etmişdir. 

2022-ci ildə pərakəndə ticarət şəbəkələrindən əhaliyə 3462,5 milyon manatlıq əmtəə satılmış, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,4 faiz artım deməkdir.

Hesabat dövründə rabitə müəssisələri tərəfindən əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artımla 532,6 milyon manat həcmində, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 37,8 faiz artımla 195,4 milyon manat həcmində xidmət göstərilmişdir.

Ötən il iaşə müəssisələrinin ümumi dövriyyəsi 61,3 milyon manat olmuşdur.

Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 2022-ci ildə 710,7 milyon manat təşkil etmiş, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 36,1 faiz artım deməkdir.

2022-ci ilin yanvar-noyabr aylarında Nizami rayonu üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,1 faiz artaraq 56,5 min nəfər olmuş, əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 17,8 faiz artaraq 927,8 manat təşkil etmişdir. İl ərzində 4450 yeni iş yeri açılmışdır.

Keçidlər