Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda məktəblilər arasında 8 Noyabr – Zəfər Günü münasibətilə "Biz Zəfərə imza atdıq!" mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib

04 noyabr 2021 | 16:00

01-03 noyabr  2021-ci il tarixlərində Nizami rayon məktəbliləri və Nizami rayonu 3 nömrəli  Uşaq Gənclər İnkişaf Mərkəzinin və 201 nömrəli tam orta məktəbin Palitra Art studiyasının dərnək üzvləri arasında 8 Noyabr – Zəfər Günü münasibətilə "Biz Zəfərə imza atdıq!" mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin gənc nəslə çatdırılmasından ibarət olub.

Müsabiqədə kiçik yaş qrupu üzrə I yerə 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Kövsər Qurban, II yerə 210 nömrəli tam orta məktəbin şagirdi Kərimli Cəlil, III yerə 238 nömrəli tam orta məktəbin şagirdi Əhmədova Fidan; orta yaş qrupu üzrə I yerə 201 nömrəli tam orta məktəbin şagirdi Məmmədli Nihad, II yerə 3 nömrəli  Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Əsədli Ülvi, III yerə 32 nömrəli tam orta məktəbin şagirdi Gülməmmədova Xədicə; böyük yaş qrupu üzrə I yerə 3 nömrəli  Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri Cəlilova Aytəkin və İsmayılov Emil, II yerə 3 nömrəli  Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü İsmayılov Emil, III yerə 201 nömrəli tam orta məktəbin şagirdi Balayev Səid və 3 nömrəli  Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Gülxanım Əmirli layiq görülüblər.

 

 

Keçidlər