Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayon məktəbliləri arasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər Qələbəli, Qalib Ordumuz!” mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirilib

05 noyabr 2021 | 16:00

02-04 noyabr 2021-ci il tarixlərində Nizami rayon məktəbliləri arasında 8 Noyabr  – Zəfər Günü münasibətilə “Zəfər Qələbəli, Qalib Ordumuz!” mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusunun böyük qələbəsinin tərənnüm olunması, böyüməkdə olan gənc nəslin nümayəndələrinin doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını, bilik və bacarıqlarını  nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.

Müsabiqədə kiçik yaş qrupu üzrə I yerə 272 nömrəli tam orta məktəbin şagirdi Məmmədzadə Maya, II yerə 62 nömrəli məktəb-liseyin şagirdi Şükürlü Fatimə, III yerə  238 nömrəli tam orta məktəbin şagirdi Ağayeva Gülcan; orta yaş qrupu üzrə I yerə 70 nömrəli tam orta məktəbin şagirdi Əsgərova Valentina, II yerə 70 nömrəli tam orta məktəbin şagirdi Əsədzadə Zəhra, III yerə 145 nömrəli tam orta məktəbin şagirdi  Dadaşova Lalə; böyük yaş qrupu üzrə I yerə 32 nömrəli tam orta məktəbin şagirdi Hüseynova Fidan, II yerə 220 nömrəli məktəb-liseyin şagirdi Məmmədzadə Zəhra, III yerə 201 nömrəli tam orta məktəbin şagirdi Sadıqova Ayişə layiq görülüblər.

Keçidlər