Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda uşaq əməyinin istismarı, onun aşkar edilməsi yolları və bu hallarla üzləşən uşaqların hüquqlarının müdafiə edilməsi ilə bağlı regional tədbir keçirilmişdir

01 avqust 2014 | 15:00

01 avqust 2014-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə Uşaq əməyinin bağlı müvafiq dövlət orqanları əməkdaşlarının məlumatlandırılması məqsədilə regional təlim keçirilmişdir.
Təlimdə Sumqayıt şəhəri, Nizami, Abşeron, Xəzər, Qaradağ, Qubadlı, Zəngilan, Şuşa Rayon İcra Hakimiyyəti başçısı aparatlarının məsul işçiləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalarının əməkdaşları, Əmək Müfəttişliyinin regional nümayəndələri və polis inspektorları iştirak etmişlər.
Təlim zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları Pərviz Əliyev və Fərid Ədilov slaydlar vasitəsilə Azərbaycanda uşaq əməyinin ümumi vəziyyəti barədə, uşaq əməyi ilə bağlı beynəlxalq konvensiyalar, ölkə qanunvericiliyi, həmçinin problemin aradan qaldırılması istiqamətində beynəlxalq təcrübə haqqında məlumatlar verdilər.
Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirərək, uşaq əməyinin aradan qaldırılması istiqamətində ictimaiyyət, həmçinin uşaq və valideynlər arasında maarifləndirmə kampaniyalarının aparılmasının, eyni zamanda  vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq şəraitində işləməyin vacibliyini vurğuladı.
Daha sonra çıxış edənlər bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyətini qeyd edərək təkliflərini təlim iştirakçılarının diqqətinə çatdırdılar.

Keçidlər