Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “20 Yanvar - Qəhramalıq Tariximiz” mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirilib

19 yanvar 2022 | 16:00

12-18 yanvar 2022-ci il tarixlərində Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar - Qəhramalıq Tariximiz” mövzusunda onlayn inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd, 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi, eyni zamanda uşaq və yeniyetmələrin, böyüməkdə olan gənc nəslin nümayəndələrinin doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arsında milli vətənpərvərlik ruhunun təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı yazma qabiliyyətlərinin inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır.

Müsabiqədə kiçik yaş qrupu üzrə I yerə 272 nömrəli tam orta məktəbin şagirdi Əzizli Yusif, II yerə 328 nömrəli tam orta məktəbin şagirdi Bədəlova Məryəm, III yerə 32 nömrəli tam orta məktəbin şagirdi Nəbizadə Dəniz; orta yaş qrupu üzrə I yerə 12 nömrəli tam orta məktəbin şagirdi Bayramlı Nuray, II yerə 129 nömrəli tam orta məktəbin şagirdi Zeynallı Nəzrin, III yerə 251 nömrəli tam orta məktəbin şagirdi İsmayılova Ləman; böyük yaş qrupu üzrə isə I yerə 272 nömrəli tam orta məktəbin şagirdi İbrahimova Ayla, II yerə 62 nömrəli məktəb-liseyin şagirdi Kazımova Zəhra, III yerə 250 nömrəli tam orta məktəbin şagirdi Əlizadə Zümrüd layiq görülüblər.

Keçidlər