Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “20 Yanvar - Xalqımızın Qəhrəmanlıq Səlnaməsidir” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib

19 yanvar 2022 | 16:00

11-17 yanvar 2022-ci il tarixlərində Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş “20 Yanvar - Xalqımızın Qəhrəmanlıq Səlnaməsidir” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin yad edilməsi, eyni zamanda uşaq və yeniyetmələrin, böyüməkdə olan gənc nəslin nümayəndələrinin doğma Vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, istedadlı şagirdlərin təsviri sənət üzrə yaradıcı qabiliyyətlərinin inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır.

Müsabiqədə kiçik yaş qrupu üzrə I yerə 227 nömrəli tam orta məktəbin şagirdi İsmayılzadə Leyla, II yerə 220 nömrəli məktəb-liseyin şagirdi Səfərova Rövşanə, III yerə 201 nömrəli tam orta məktəbin şagirdi  Orucsoy Əli; orta yaş qrupu üzrə I yerə 210 nömrəli tam orta məktəbin şagirdi Sorokina Anastasiya, II yerə 201 nömrəli tam orta məktəbin şagirdi Cəfərova Leyla, III yerə 201 nömrəli tam orta məktəbin şagirdi Dadaşova Nurcan; böyük yaş qrupu üzrə isə I yerə 201 nömrəli tam orta məktəbin şagirdi Məmmədli Nihad, II yerə 220 nömrəli məktəb-liseyin şagirdi Bayramova Gülər, III yerə 32 nömrəli tam orta məktəbin şagirdi Gülməmmədova Xədicə layiq görülüblər.

 

 

Keçidlər