Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Dövlət Qulluqçularının peşə bayramı qeyd edilmişdir

23 iyun 2015 | 15:00

Dövlət qulluqçusunun dövlətin, cəmiyyətin və hər bir vətəndaşın həyatında önəmini, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması prosesində rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il 25 may tarixli sərəncamı ilə həmin günü Dövlət qulluqçularının peşə bayramı günü kimi təsis etmişdir.
Bu peşə bayramı ölkə rəhbərliyinin dövlət qulluqçularına qayğı və diqqətinin, onların çətin və şərəfli əməyinə verilən qiymətin əyani təzahürüdür.
Azərbaycanda çalışan çoxsaylı dövlət qulluqçuları indi öz bayramlarını doqquzuncu dəfədir ki, qeyd edirlər.
23 iyun 2015-ci il tarixində Nizami rayonunda da “Muğam ocağı” istirahət mərkəzində Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə millət vəkilləri Sədaqət Vəliyeva, Rasim Musabəyov, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov tədbirdə iştirak edən dövlət qulluqçularını təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Tədbirdə “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  22 iyun 2015-ci il tarixli Sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Abdullayeva Leyla Məmməd qızının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunduğu qeyd edilmiş, həmçinin peşə bayramı günü ilə əlaqədar bir qrup dövlət qulluqçusuna ixtisas dərəcələrinin verilməsi haqqında Rayon İcra Hakimiyyəti başçısının əmri ilə tədbir iştirakçıları tanış edilmiş və fərqlənən dövlət qulluqçuları isə hədiyyələrlə mükafatlandırılmışlar.

Keçidlər