Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

21 iyul 2015 | 15:00

21 iyul 2015-ci il tarixində Rayon İcra Hakimiyyətində Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə bir sıra kütləvi informasiya vasitələrinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov mətbuat nümayəndələrinin peşə bayramları münasibəti ilə təbrik edərək onlara şərəfli və çətin işlərində uğurlar arzuladı.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova “Azərbaycan mətbuatının tarixindən” mövzusunda məruzə ilə çıxış etdi.
Məruzə ətrafında “Yeni Azərbaycan” qəzetinin baş redaktorunun müavini Akşin Hümbətov, “Xocalının səsi” qəzetinin, müxbiri Səriyyə Müslümqızı və Rayon Ağsaqqallar şurasının sədri Mayıl Əliyev çıxış etdilər.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədr müavini Vüqar Rəhimzadə çıxışlarında müasir dövrdə kütləvi informasiya vasitələrimizin daha peşəkar, obyektiv və prinsipial olmalı, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutmalı olduqlarını qeyd etdilər.
Tədbirin sonunda kütləvi informasiya vasitələrinin nümayəndələrinə hədiyyələr təqdim edildi.

Keçidlər