Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda “Bizim gücümüz birliyimizdədir” adlı layihə çərçivəsində rayon sakinlərinin iştirakı ilə tədbir keçirilmişdir

10 avqust 2015 | 15:00

10 avqust 2015-ci il tarixində “Heydər Bağı” Park-Bulvarda Nizami Rayon İcra Hakimiyyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Bizim gücümüz birliyimizdədir” adlı layihə çərçivəsində rayon sakinlərinin iştirakı ilə tədbir keçirmişdir.
Tədbirdə millət vəkili Sədaqət Vəliyeva,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini  Aynur Sofiyeva, Ombudsman aparatının şöbə müdiri Yeganə Cəfərova və QHT-lər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova fiziki və mənəvi baxımdan sağlam ailənin cəmiyyətin və güclü dövlətin təməli olduğunu söyləyərək Azərbaycan dövlətinin ailənin inkişafı, onun cəmiyyətdə yerinin möhkəmləndirilməsi, müdafiəsi və sosial təminatı istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini diqqətə çatdırdı.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Azərbaycan xalqı üçün milli-mənəvi dəyərlərin hər zaman mühüm əhəmiyyət kəsb etdiyini,  hər bir azərbaycanlı üçün ailənin müqəddəs hesab olunduğunu bildirərək dövlətimiz tərəfindən ailə anlayışına hər zaman xüsusi diqqət göstərildiyini qeyd etdi. Azərbaycanda ailə siyasətinin formalaşmasında ulu öndər Heydər Əliyevin böyük rolunu diqqətə çatdıran natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədəki mövcud problemlərin həlli istiqamətində qəbul etdiyi fərman və sərəncamların, dövlət proqramlarının təmsil etdiyi orqan tərəfindən icrası vəziyyəti barədə söz açdı.
YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva milli-mənəvi dəyərlərə söykənən ailə institutlarının yaradılması və qorunub saxlanılmasının dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu gün dövlətimiz tərəfindən ailələrin rifahının, qadınların hüquq və imkan bərabərliyinin, uşaqların ahəngdar inkişafının təmin edilməsi üçün bütün zəruri addımların atıldığını bildirdi.
Sonra Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev Yeniyetmə-gəncləri yaşlı nəslə ehtiram və hörmət ruhunda böyütmək ailənin əsas vəzifəsi kimi, Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev Gənclərin sağlam ruhda böyüməsində dövlətin və ailənin rolu, 70 №-li məktəb-liseyin müəllimi Lətifə Əzimova Ev təsərrüfatının idarə edilməsi, 61 №-li məktəbin psixoloqu Səidə Musayeva Ailədaxili münasibətlərin uşaqların davranışı, təhsili və psixoloji durumuna təsiri, “Zəngi” liseyinin 11-ci sinif şagirdi Heydər Məmmədli ictimai fəallığında valideynlərinin və məktəbin rolu mövzuları ilə çıxış etdilər.
Tədbirin sonunda ailələr arasında intellektual və əyləncəli oyunlar keçirildi və  fərqlənən ailələrə kitablar hədiyyə edildi.

Keçidlər