Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 28 May Respublika Günü münasibətilə tədbir keçirildi

26 may 2016 | 16:00
26 may 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətində 28 May Respublika Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov iştirak etmişdir.
Tədbiri Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq ilk öncə  tədbir iştirakçılarını 28 May Respublika Günü münasibətilə təbrik etdi. O, bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və  Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söylədi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. XX əsrin sonlarında keçmiş SSRİ-nin süqutundan sonra Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etdiyini qeyd edən A.Qasımov, müstəqilliyimizin əbədi və dönməz xarakter almasında ulu öndər Heydər ƏIiyevin əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırdı.
Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov “Çoxəsrlik dövlətçilik tariximizin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda məruzə ilə çıxış etdi.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov və Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev 28 may 1918-ci ildə müsəlman şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını söyləyərək, mövcud olduğu 23 ay ərzində Azərbaycanda demokratik hüquq və azadlıqların bərqərar olunduğunu, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların  bərabər hüquqlarının tanındığını, bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququnun verildiyini, Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərildiyini, nizami milli ordunun, təhlükəsizlik strukturlarının yaradıldığını diqqətə çatdırdılar.
Natiqlər 1991-ci ildə ölkəmizin dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardığını, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldüyünü, ölkədə davamlı ictimai-siyasi sabitliyin bərpa edildiyini və bu gün respublikanın hərtərəfli və sürətli inkişafı naminə ümummilli lider Heydər Əliyevin bütün ideyalarının cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədilər.

 

 

Keçidlər