Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 15 sentyabr – Bilik Günü qeyd edilib

15 sentyabr 2016 | 16:00
15 sentyabr – Bilik Günü münasibətilə Nizami rayonunun bütün orta məktəblərində tədbirlər təşkil olunmuşdur.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva 201, 229 və 238 №-li tam orta məktəblərdə Bilik Günü ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etmişlər.
A.Qasımov və S.Vəliyeva yeni tədris ili münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik etmiş, məktəblərin kollektivlərinə və şagirdlərə yeni dərs ilində uğurlar arzulamışlar.
Qeyd edilmişdir ki, rayon ərazisində 23 ümumtəhsil məktəbi və 2 lisey fəaliyyət göstərir. Onlardan Dövlət Proqramına uyğun olaraq 2011-ci ildən hazıra qədər 14 məktəb (12, 32, 61, 70, 109, 210, 214, 229, 238, 242, 250, 251, 272, 277) əsaslı təmir olunmuş, 5 məktəbdə (12, 32, 145, 220, 238) əlavə tədris korpusu tikilmiş, 328 №-li 640 şagird yerlik yeni məktəb inşa olunmuşdur.
Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 06 sentyabr 2016-cı il tarixdə əsaslı təmirdən sonra 229 və 109 №-li məktəblərdə və 14 sentyabr 2016-cı il tarixdə isə yeni tədris korpusları tikilmiş 12 və 32 nömrəli məktəblərdə yaradılan şəraitlə tanış olmuşdur.
Həmçinin 238 №-li məktəbdə “2014-2016-cı illərdə  Bakı şəhərinin  və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 320 şagird yerlik (16 sinif otağı) əlavə tədris korpusu tikildiyi, məktəbin özünün isə həmin proqrama uyğun olaraq 2014-cü ildə əsaslı təmir olunduğu diqqətə çatdırılmışdır.
Bundan əlavə qonaqlara bildirilmişdir ki, 2015/2016-cı dərs ilində 229 №-li məktəbi bitirən məzunların sayı 70 nəfər olmuş, onlardan 62 nəfəri ali məktəblərə sənəd vermiş, 37 nəfəri müxtəlif ali təhsil ocaqlarına qəbul olunmuşlar. Qəbul 59,7% təşkil etmişdir. 4 nəfər 600-dən, 5 nəfər isə 500-dən yuxarı bal toplamışdır.
238 №-li məktəbi bitirən məzunların sayı 107 nəfər olmuş, onlardan 102 nəfəri ali məktəblərə sənəd vermiş, 63 nəfəri isə müxtəlif ali təhsil ocaqlarına qəbul olunmuşlar. Qəbul 61,8 faiz təşkil etmişdir. 4 nəfər 600-dən, 8 nəfər isə 500-dən yuxarı bal toplamışdır. 1 nəfər xüsusi proqramla (YÖS) imtahan verərək Türkiyənin aparıcı ali məktəbinə qəbul olunmuşdur
201 №-li məktəbi 76 nəfər bitirmiş, onlardan 62-si ali məktəblərə sənəd vermiş, 38-i isə müxtəlif ali təhsil ocaqlarına qəbul olunmuşlar. Qəbul 61,3 faiz təşkil etmişdir. 6 nəfər 600-dən, 6 nəfər isə 500-dən yuxarı bal toplamışdır.  3 nəfər xüsusi proqramla (YÖS) imtahan verərək Türkiyənin aparıcı ali məktəblərinə qəbul olunmuşdur.
Ümumilikdə rayon üzrə 2015/2016-cı tədris ilində orta ümumtəhsil məktəblərini 1968 nəfər bitirmiş, onlardan 1742 nəfəri ali məktəblərə sənəd vermiş və 1021 nəfəri, yəni 58,6 faizi tələbə adını qazanmışdır.

 

 

Keçidlər