Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Beynəlxalq Qızlar Günü”nə həsr olunan tədbir keçirilib

11 oktyabr 2016 | 16:00
11 oktyabr 2016-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nizami Rayon İcra Hakimiyyəti ilə birgə 12 saylı tam orta  məktəbdə “Beynəlxalq Qızlar Günü”nə həsr olunan tədbir keçirib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova iştirak etmişlər.
Tədbirdə qeyd edilib ki, 2012-ci ildə Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında BMT Baş Assambleyasının qərarı ilə 11 oktyabr “Beynəlxalq Qızlar Günü” elan edilib. Bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, məcburi evlilikdən müdafiə olunmasına, müxtəlif növ ayrıseçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. 
Bildirilib ki, qız uşaqlarına səlahiyyət verilməsi, onların haqlarının təmin olunması, üzləşdikləri ayrı-seçkilik və zorakılıq hallarına qarşı mübarizə bəşəriyyətin inkişafı üçün vacibdir. Bu məqsədlərə nail olmağın ən yaxşı yollarından biri qızlara layiq olduqları təhsil imkanlarını yaratmaqdır.
Tədbirdə Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin  baş məsləhətçisi  Aynur Veysəlova-Abbasova tərəfindən ölkə üzrə qızların təhsildən yayınma hallarını, reproduktiv sağlamlığını, erkən nikah və onun fəsadlarını əks etdirən “Qızlar statistikada” mövzusunda təqdimat slayd şəklində tədbir iştirakçılarına təqdim edilib.
Təqdimatdan sonra tədbir iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda məktəbin şagirdləri tərəfindən mövzu ilə bağlı bir neçə səhnəcik göstərilib. 

 

 

 

Keçidlər