Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda məktəblilər arasında "Mini-futbol" turniri keçirilmişdir

13 oktyabr 2016 | 16:00
Kütləvi və çox sevilən idman növü olan futbolun inkişafı məqsədilə respublikamızda təxirəsalınmaz və konkret tədbirlər görülür, uşaq-yeniyetmə və gənclər arasında bu işin canlandırılması, futbol infrastrukturunun inkişafı, beynəlxalq səviyyəli futbolçuların hazırlanması həyata keçirilir.
Nizami rayonunda da futbolun və onun infrastrukturunun inkişaf etdirilməsi, köhnə mini stadionların bərpası, yenilərinin layihələşdirilməsi və tikintisi, o cümlədən uşaq-yeniyetmə və gənclərin futbolla məşğul olması üçün lazımi şərait yaradılmışdır.
07-12 oktyabr 2016-cı il tarixlərində futbolun məktəblilər arasında populyarlaşması,  o cümlədən futbolla məşğul olan şagirdlərin sayının artırılması məqsədilə "Amasiya" İdman Kompleksində Nizami Rayon İcra Hakimiyyəti, Nizami Rayon Gənclər və İdman İdarəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Nizami rayon məktəbliləri arasında "Mini-futbol" turniri keçirilmişdir. Turnirdə 18 orta ümumtəhsil məktəbinin komandası iştirak etmişdir. 4 gün davam edən yarışda 220 saylı məktəb-liseyin komandası I, 61 nömrəli tam orta məktəbin komandası II və 328 nömrəli tam orta məktəbin komandası isə III yeri tutmuşlar.
Turnirin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

 

 

 

Keçidlər