Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda şəhid Tahirli Natiq Namiq oğlunun doğum günü ilə əlaqədar xatirə mərasimi keçirilib

10 noyabr 2016 | 16:00
10 noyabr 2016-cı il tarixində 12 №-li tam orta məktəbdə məzunu olmuş şəhid Tahirli Natiq Namiq oğlunun doğum günü ilə əlaqədar xatirə mərasimi keçirilib.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, rayon ictimaiyyətinin nümayəndələri, veteranlar  və  şəhidin doğmaları iştirak edib.
Tədbiri giriş sözü ilə açan 12 saylı tam orta məktəbin direktoru Əli Alıyev  qonaqları salamlayıb və qeyd edib ki, Natiq Tahirli 2016-cı ilin may ayının 17-də erməni təxribatının qarşısını alarkən şəhid olub.
Məktəbin müəllimi və şəhidin sinif rəhbəri Nailə xanım çıxışı zamanı Natiqin məktəbdə təhsil aldığı müddətdə özünü sakit, tərbiyəli, intizamlı şagird kimi göstərdiyini, əxlaq və davranışı ilə hər zaman yoldaşlarına nümunə olduğunu, xarakterində vətənpərvərlik hisslərinin daima açıq-aşkar duyulduğunu  qeyd edib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova  respublikamızda Vətən uğrunda şəhid olanların ailələrinin və müharibə veteranlarının yaşayış şəraitlərinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində xeyli işlər görüldüyünü və daim diqqətdə saxlanıldığını, bu qəbildən olan insanlara qayğı ilə yanaşıldığını vurğulayıb. O, erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağı və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını bildirib.
YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva çıxış edərək dövlətçiliyimiz, müstəqilliyimiz, suverenliyimiz uğrunda gedən döyüşlərdə canını qurban verərək şəhidlik zirvəsinə ucalmış Natiq Tahirlinin gənclərə örnək olduğunu bildirib və qeyd edib ki, Vətən, Ana torpaq uğrunda şəhid olanlar, doğma xalqına sədaqət nümunəsi göstərənlər heç vaxt unudulmur, onların xatirəsi hər zaman xalqımız tərəfindən xatırlanaraq qəlblərdə əbədi yaşayır.
Şagirdləri Natiq kimi vətənpərvər olmağa çağıran çıxışçılar tezliklə torpaqlarımızın erməni işğalçılarından azad olunacağını bildirib və belə tədbirlərin keçirilməsinin gənclərin milli ruhda tərbiyə olunmasında böyük rol oynadığını qeyd ediblər.
Sonda şəhidin ailə üzvləri çıxış edərək Natiqin xatirəsinə bəslənən hörmətə, valideynlərinə olan diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Tədbir şəhidin məktəb illəri və həyat yolundan bəhs edən video-çarx və şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə başa çatıb.

 

 

 

 

 

 

 

Keçidlər