Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd edildi

19 yanvar 2017 | 16:00
19 yanvar 2017-ci il tarixində “Meridian” istirahət mərkəzində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar hadisələri zamanı şəhid və əlil olanların ailələrinə ehsan süfrəsi açılmışdır.
Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
İlk öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Qanlı Yanvar faciəsi haqqında məlumat verilərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna fövqəladə vəziyyət elan edilmədən keçmiş Sovetlər İttifaqının qoşun hissələrinin yeridildiyi, dinc əhaliyə divan tutulduğu, yüzlərlə insanın qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü bildirilmişdir.
20 Yanvar hadisələrinin Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi olduğu söylənilmiş, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi diqqətə çatdırılmışdır.
Bu il 20 Yanvar hadisələ¬rinin 27-ci ildönümünün qeyd edildiyi, igid övladların fədakarlığının xatırlandığı, onların əziz xatirəsinin böyük ehtiramla yad edildiyi, Vətən uğrunda can¬la¬rını qurban vermiş mərd, igid oğul və qızla¬rımızın uyuduğu Şəhidlər xiya¬ba¬nının  xalqımız üçün müqəddəs bir and yeri olduğu qeyd edilmiş və milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillər üçün də bir qürur mənbəyi olacağı vurğulanmışdır.
Tədbirdə Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən faciəni əks etdirən ədəbi-bədii kompozisiya təqdim edilmiş, eyni zamanda tədbir boyunca 20 Yanvar faciəsini əks etdirən video-çarx nümayiş etdirilmişdir.

Keçidlər