Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirildi

22 fevral 2017 | 16:00
22 fevral 2017-ci il tarixində Nizami Rayon Uşaq Yaradıcılıq Mərkəzində Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir.
Müsabiqədə iştirak edən 19 şagird arasında 227 saylı tam orta məktəbin şagirdi Əliyeva Mələkxanım I yerə, 145 saylı tam orta məktəbin şagirdi Vəliyeva Məryəm II yerə, 62 saylı tam orta məktəbin şagirdi Qaraşlı Aydın və 12 saylı tam orta məktəbin şagirdi Canəliyeva Nəsibə III yerə layiq görülmüşlər.

Keçidlər