Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda şəhid Cəfərov Zakir Nazim oğlu ilə vida mərasimi keçirilib

28 fevral 2017 | 16:00
Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Cəfərov Zakir Nazim oğlu şəhid olub.
28 fevral 2017-ci il tarixində şəhid Cəfərov Zakir Nazim oğlunun cənazəsi böyük izdiham və insan yürüşü ilə Vətən uğurunda şüarlarla, alqışlara son mənzilə yola salınıb.
Şəhidin dəfn mərasimində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatları Rövnəq Abdullayev, Sədaqət Vəliyeva, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, rayon ictimaiyyəti və şəhidin ailə üzvləri iştirak ediblər.
Şəhid Cəfərov Zakir Nazim oğlu yaylım atəşləri altında Keşlə qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidin cənazəsinə bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin atası Nazim Cəfərova təqdim edilib.
 
Allah rəhmət etsin!

Keçidlər