Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda sosial məsələlər daim diqqət mərkəzindədir

13 aprel 2017 | 16:00

13 aprel 2017-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda daxili resurslar hesabına aparılan abadlıq-quruculuq işlərinin gedişatı ilə tanış olmaq məqsədilə R.Rüstəmov küçəsinə baxış keçirib.
R.Rüstəmov küçəsi boyunca həyata keçirilən abadlıq-quruculuq işləri barədə İcra Hakimiyyətinin başçısına ətraflı məlumat verilib.
Ərazidə aparılan işlərlə yaxından tanış olan A.Qasımov işlərin sürətlə və keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
İşlərlə tanışlıqdan sonra icra başçısı A.Qasımov Rüstəmov küçəsi 40 və 42 saylı ünvanlarda olub, ərazidə yaşayan sakinlərlə görüşüb.
Görüş zamanı sakinlər rayonda həyata keçirilən geniş quruculuq və abadlıq işlərinə, sakinlərin rahatlığı üçün yaradılmış şəraitə və göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və icra başçısına minnətdarlıqlarını bildiriblər.
A.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində çoxmənzilli yaşayış binalarında əsaslı təmir işləri aparıldığını, park və məhəllələrdə müasir oturacaqlar, mini stadionların quraşdırıldığını, məhəllədaxili və daxili avtomobil yollarının əsaslı təmir olunduğunu və bu kimi işlərin bu gün də davam etdirildiyini bildirib.
Görüşdə sakinlər tərəfindən qaldırılan digər sosial məsələlər dinlənilib və onların həlli istiqamətində aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sonda A.Qasımov əhalinin məşğulluq səviyyəsinin artırılması, sosial problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlərin görüləcəyini və ölkə başçısı cənab İlham Əliyevin bu sahəyə dair tövsiyə və tapşırıqlarının rayonda uğurla davam etdiriləcəyini vurğulayıb.

Keçidlər