Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda faşizm üzərində Qələbənin 72 illiyi qeyd edilib

09 may 2017 | 16:00

09 may 2017-ci il tarixində Keşlə qəsəbəsində yerləşən 1941-1945-ci illərdə həlak olanların Xatirə memorial kompleksi önündə faşizm üzərində Qələbənin 72 illiyi ilə əlaqədar tədbir keçirilib.
“Şahinlər” hərbi idman oyunlarının qalibi olan məktəblilərin təntənəli keçidindən sonra tədbir iştirakçıları və qonaqlar İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılan memorial kompleksinin önünə gül dəstələri qoyublar.
Sonra tədbir Nizami Rayon Mədəniyyət Mərkəzinin 227 nömrəli məktəbin şagirdləri ilə birgə hazırladığı bədii kompozisiya ilə davam etdirilib.
Tədbirdə müharibə iştirakçıları və veteranları ilə görüşən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Milli Məclisin deputatı Sədaqət Vəliyeva XX əsrdə bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olan İkinci Dünya müharibəsində faşizm üzərində qazanılmış qələbənin 72 illiyi münasibətilə onları təbrik ediblər.
Faşizm üzərində qələbənin digər bir çox xalqlar kimi Azərbaycan xalqının da qanı bahası və külli miqdarda maddi sərvətlərinin itirilməsi hesabına əldə edildiyini qeyd edən natiqlər, Azərbaycan xalqının ikinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərdiyini, müharibə illərində cəbhədə Azərbaycandan 40 min könüllü olmaqla 600 minə yaxın vətəndaşımızın iştirak etdiyini, 300 minə yaxının cəbhədə həlak olduğunu, 130-a yaxın həmyerlimizin isə şücaətinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 30 nəfərin Şərəf ordeni, 170 min Azərbaycan əsgər və zabitinin SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edildiyini bildiriblər. Həmçinin, müharibə dövründə Azərbaycanın ən qüdrətli cəbbəxana funksiyası daşıdığını, döyüşən orduya hava-su kimi lazım olan neft və neft məhsullarının 80 faizindən çoxunun Bakı neftçiləri tərəfindən istehsal edildiyini söyləyiblər.
Natiqlər Prezident İlham Əliyevin Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək, müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mütəmadi addımlar atıldığını vurğulayıblar.

Keçidlər