Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

14 iyun 2017 | 16:00

14 iyun 2017-ci il tarixində Nizami rayonundakı ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib.
32 saylı tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Nizami Rayon İcra Hakimiyyətinin  başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva iştirak ediblər.
Məktəbin direktoru Sevda Abdullayeva məzunları, onların valideynlərini və qonaqları salamlayaraq, ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb, məktəb kollektivinin qazandığı uğurlar barədə məlumat verib. S.Abdullayeva Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə məktəb kollektivi adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirib və builki məzunlara  ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin  başçısı Arif Qasımov və Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən söz açıblar. Natiqlər müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb, məktəbin pedaqoji kollektivinə şərəfli işlərində uğurlar diləyiblər.
“Son zəng” tədbiri məktəblilərin hazırladıqları musiqili-bədii çıxışlarla davam edib.

Keçidlər