Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin keçirdiyi “Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” layihəsi çərçivəsində tədbir keçirilib

27 oktyabr 2017 | 16:00
27 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) keçirdiyi “Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə ilk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra iştirakçılar tərəfindən Azərbaycanın dövlət himni ifa olunub.
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əli Axundov, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, TUMİB İdarə Heyətinin üzvü Seymur Verdizadə tədbirdə çıxış edərək bildiriblər ki, layihənin keçirilməsində məqsəd gənclər arasında azərbaycançılıq məfkurəsini təbliğ etmək, xalqımızın soy-kökünə, milli dəyərlərinə bağlı gənclərin yetişməsinə təkan verməkdir. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı azərbaycançılıq məfkurəsinin əsasını təşkil edir. Bildirilib ki, gənclər üçün ən müqəddəs duyğu Vətəni sevmək, qoynunda boya-başa çatdığı torpağın yolunda mübarizə aparmağa, canından keçməyə hazır olmaqdır.
Natiqlər gənc nəslin milli ruhda tərbiyə olunmasında təhsil müəssisələri ilə yanaşı, dövlət qurumlarının vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının vacibliyini vurğulayıblar və azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğində bu cür layihələrin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbirdə gənclərə üzərində azərbaycançılıq məfkurəsi əks olunan köynəklər paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Keçidlər