Şriftin ölçüsü :

Saytın rəngi :

Litva Respublikasının Briştonas şəhərinin nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Bakı şəhəri Nizami rayonunda olublar

16 noyabr 2017 | 16:00
16 noyabr 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Litva Respublikasının Briştonas şəhərinin nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyətinin rəhbəri Birştonas Bələdiyyəsinin Meri Niyole Dirqinçenieni Birştonas Şurasının katibi Dovole Adamonite, Birştonas Bələdiyyə Şurasının üzvü Roma Jentyavlen, Birştonas Bələdiyyə Şurasının üzvü Daryus Şyaşkviçyus, Strateji planlaşdırma və İnvestisiya şöbəsinin rəisi Uovita Tirvene və  Birştonas Gimnaziyasının  direktoru Alvidas Urbanoviçyus müşayiət ediblər.
Görüşdə Litva Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Valdas Lastkauskas iştirak edib.
Görüşdə Arif Qasımov Litva Respublikasının Briştonas şəhərinin nümayəndə heyətinə Bakı şəhəri Nizami rayonunun tarixi, sosial-iqtisadi, ictimai-mədəni həyatı barədə ətraflı məlumat verib.
Eyni zamanda, Litva Respublikasının Briştonas şəhərinin nümayəndə heyətinin rəhbəri Briştonas Bələdiyyəsinin Meri Niyole Dirqinçenieni Briştonas şəhəri haqqında məlumat verib və görüşdən məmnun olduğunu bildirərək səmimi qarşılanmaya görə təşəkkür edib.
Görüşün sonunda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Briştonas Bələdiyyəsinin Meri Niyole Dirqinçenieni qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim ediblər.
Sonra Briştonas şəhərinin nümayəndə heyəti 62 saylı məktəb-liseyə gedərək orada yaradılan şəraitlə tanış olublar.

 

Keçidlər