Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

22 dekabr 2017 | 16:00
22 dekabr 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı ilə birgə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva   hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunmasının dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın doğma Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət etdiyini bildirib. Həmrəylik gününün tarixindən və əhəmiyyətindən bəhs edən S.Vəliyeva bu əlamətdar günün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd olunması barədə qərar qəbul edildiyini söyləyib.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, o cümlədən ulu öndərin dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq istiqamətində apardığı siyasətin və qəbul etdiyi tarixi qərarların uğurlu nəticələri barədə ətraflı məlumat verib. Natiq ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə həyata vəsiqə qazanan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün Azərbaycan xalqının mənəvi birliyini özündə ehtiva etdiyini, eləcə də dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın birliyinin möhkəmləndirilməsi istiqamətində atılmış ən dəyərli addım kimi özünü doğrultduğunu diqqətə çatdırıb.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ulu öndərin 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra azərbaycançılığı nəinki dövlətçilik konsepsiyasına, hətta bütün dünyada yaşayan azərbaycanlıların ümummilli ideologiyası səviyyəsinə yüksəltdiyini bildirib. 2001-ci il noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirildiyini söyləyən A.Qasımov, qurultayın dünya azərbaycanlılarının həmrəy olması, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində mühüm hadisəyə çevrildiyini qeyd edib. Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra dünya azərbaycanlılarının arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində daha məqsədyönlü iş aparıldığını, Dövlət Komitəsinin Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə əlaqələndirilməsində, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunmasında, bu sahədə mövcud problemlərin aradan qaldırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dünya azərbaycanlılarının təşkilatlanması sahəsində son dərəcə uğurlu nəticələr əldə olunduğunu qeyd edən A.Qasımov, hər il dekabrın 31-də azərbaycanlıların yaşadığı bir çox xarici ölkələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi geniş qeyd edilməsinin bu siyasətin və milli həmrəyliyin nəticəsi olduğunu vurğulayıb.
Digər çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirdiyi qeyd olunub. Eyni zamanda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu bilidirilib. Hazırda  Azərbaycan diasporunun beynəlxalq aləmdə milli maraqlarımızın təmin olunmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında böyük təsir gücünə malik bir qvvəyə çevrildiyi diqqətə çatdılrılıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının 25-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının və Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı, “İki sahil” qəzetinin dəstəyi ilə “Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın inkişaf tarixinin bələdçisidir” mövzusunda keçirilən rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb. Həmçinin, rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak etmiş üzvlərinə fəxri fərmanlar və gənclərin siyasi-ideoloji maarifləndirilməsində fərqlənmiş digər üzvlərinə isə sertifikatlar verilib.

 

 

Keçidlər