Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib

26 dekabr 2017 | 16:00
26 dekabr 2017-ci il tarixində Nizami Rayon Icra Hakimiyyəti Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi ilə birgə 62 nömrəli məktəb-liseydə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştiraklı ilə “Yeniyetmə gəncləri dini radikalizmdən qoruyaq!” mövzusunda növbəti maarifləndirici tədbir keçirib.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşı Amal Məlikov,          62 nömrəli məktəb-liseyin direktoru Mətanət Cabbarlı çıxış edərək bildiriblər ki, ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunması elmi, dünyagörüşü zəngin olan gənclərimizdən asılıdır. Bu mənada gənclərimizin sağlam ruhda böyümələri və tərbiyə almaları üçün yerlərdə məqsədəmüvafiq işlər görülməli, xüsusilə də maarifləndirici tədbirlərin intensivliyi daha da artırılmalıdır. Belə tədbirlərin gəncləri radikal dini düşüncələrdən və zərərli vərdişlərdən qorumaq baxımından böyük əhəmiyyəti vardır.
Çıxışlarda  həmçinin qeyd olunub ki, dini radikalizmə və ekstremizmə qarşı mübarizə tədbirləri bir an belə dayanmamalı, əksinə daha geniş ictimaiyyəti əhatə etməklə davamlı olaraq aparılmalıdır. Çünki ürəyində Vətən sevgisi olan hər bir vətəndaşın işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda mübarizənin davam etdiyi bir dövrdə başqa ölkələrdə radikal qruplara və qanunsuz silahlı birləşmələrə qoşulmağa mənəvi haqqı yoxdur. Ölkəmizin hüdudlarından kənarda, radikal dini ekstremist qruplaşmaların tərkibində vuruşaraq ölənlər şəhid hesab edilmir və onların cinayətkar əməllərinin cihadla, şəhidliklə heç bir əlaqəsi yoxdur.  Bizlər üçün cihad yeri Ermənistan tərəfindən işğal edilmiş Qarabağ torpaqlarıdır.
Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən "Şəhadət" sənədli filmi nümayiş olunub və iştirakçıların sualları cavablandırılıb.   

Keçidlər