Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib

28 dekabr 2017 | 16:00
28 dekabr 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Praqa" restoranında  aztəminatlı, sağlamlıq imkanları məhdud və sosial müdafiəyə ehtiyacı olan rayon sakinlərinə bayram tədbiri keçirib.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova ilk öncə tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edərək, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, xüsusən əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsinin Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu qeyd edib. Aztəminatlı ailələrə qayğının hər zaman prioritet olduğunu söyləyən G.İsrafilova, əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində sosial müdafiə tədbirlərinin həyata keçirildiyini, onlarla mütəmadi görüşlərin təşkil edildiyini, eyni zamanda onlara həm maddi, həm də mənəvi cəhətdən dəstək olunduğunu diqqətə çatdırıb.
Daha sonra, çıxış edən Rayon Ağsaqqallar şurasının sədri Mayıl Əliyev qonaqları Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eyni zamanda Yeni il münasibətilə təbrik edib, sosial müdafiəyə ehtiyacı olan şəxslərin dövlət tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Tədbirdə çıxış edən rayon sakinləri dövlət qayğısının həmişə üzərlərində hiss edildiyini söyləyərək, onlara daim diqqət göstərən, bu xeyirxah tədbirin keçirilməsinin təşəbbüskarı olan Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımova dərin minnətdarlıqlarını bildiriblər.
Tədbir musiqili konsert proqramı ilə davam etdirilib, sonda aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.

Keçidlər