Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda sakinlər üçün ödənişsiz göz müayinəsi keçirilir

04 yanvar 2018 | 16:00
“Dünyagöz” Bakı Xəstəxanasının ödənişsiz göz müayinəsi aksiyası çərçivəsində avtomobil üzərində fəaliyyət göstərən “Mobil Göz Klinikası” Qara Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsində yerləşən "Heydər bağı park-bulvar"ın qarşısında 03 yanvar 2018-ci il tarixindən rayon sakinlərinin ödənişsiz göz müayinəsinə başlayıb.
Aksiyada sakinlərin ümumi göz müayinəsi, lazer yoxlaması aparılır, katarakta, buynuz qişa, qlaukoma (gözün yüksək təzyiqi) kimi xəstəliklərlə bağlı həkim məsləhətləri verilir.
03 yanvar 2018-ci il tarixində 170 nəfər müayinədən keçib.
Qeyd edək ki, aksiya 13 yanvar 2018-ci il tarixinədək  davam edəcək.

 

 

Keçidlər