Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə “Şərəf və qürur günümüz” adlı ədəbi-bədii tədbir keçirilib

19 yanvar 2018 | 16:00
19 yanvar 2018-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə “Şərəf və qürur günümüz” adlı ədəbi-bədii tədbir keçirilib.
İlk öncə Dövlət himni səsləndirilib, sonra 20 Yanvar faciəsi ilə bağlı videoçarx nümayiş etdirilib.
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin tarix müəllimi Aygün Hacıyeva çıxışında Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin şərəf və qürur günü kimi qeyd olunduğunu bildirib, həmin gecə canlarını tankların qarşısında sipər etmiş soydaşlarımızın  Azərbaycan Respublikasının azadlığı uğrunda ilk şəhidlər olduğunu bildirib.
Tədbirdə mərkəzdə təhsil alan istedadlı gənclər Zəlimxan Yaqubun “Şəhid qanı”, Cabir Novruzun “Sevin Azərbaycanı”, Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirlərini söyləyiblər.
Daha sonra, 20 yanvar faciəsi ilə əlaqədar ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Sonda Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov 20 yanvar hadisələri haqqında məlumat verərək, ümummilli liderimiz Heydər Əliyevin Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqelərini nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəldiyini və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti  qətiyyətlə ittiham edərək bəyanatla çıxış etdiyini vurğulayıb. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra 20 yanvar hadisələrinə siyasi qiymət verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

 

 

Keçidlər