Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Narkomaniya ən ağır zərərli vərdişdir” mövzusunda silsilə tədbirlər keçirilib

09 fevral 2018 | 16:00
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun  2018-ci il üçün İş Planında aidiyyəti üzrə nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə, habelə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının illik iş və tədbirlər planına uyğun olaraq Nizami Rayon Polis İdarəsi ilə birgə 7-9 fevral 2018-ci il tarixlərində 229 və 328 saylı tam orta məktəblərdə, Kimya-biologiya təmayüllü Respublika liseyində yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Narkomaniya ən ağır zərərli vərdişdir”  mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə zərərli vərdişlər, xüsusilə də narkomaniyanın ağır fəsadları, onun insan sağlamlığına vurduğu sağalmaz yaraları barədə tədbir iştirakçılarına geniş məlumatlar verilib,  sağlam həyat tərzinin alternativi olmadığı və yeniyetmə-gənclərin zərərli vərdişlərdən tamamilə uzaq olmasının zəruriliyi bildirilib.
Tədris müəssisələrinin rəhbərləri belə tədbirlərin şagirdlərin mənəvi və fiziki sağlamlığının formalaşdırılmasında böyük əhəmiyyət daşıdığını bildirərək tərbiyəvi-maarifləndirici tədbirlərin mütəmadi olaraq təlim-tərbiyə ocaqlarında keçirilməsinin vacibliyini önə çəkiblər.
Tədbirlərdə həmçinin narkomaniya barəsində şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.
Tədbirlərin sonunda narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu yaralardan bəhs edən  videoçarx nümayiş olunub.

Keçidlər