Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda növbəti səyyar qəbul keçirilib

12 mart 2018 | 16:00

12 mart 2018-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun M.X.Şərifli küçəsi 96, 98, 94b, 94v ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndələr, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Səyyar qəbulda vətəndaşlar məhəllədaxili küçələrin, binaların girişlərinin işıqlandırılması, məhəllədaxili yolların asfaltlanması, binaların dam örtüklərinin təmir olunması, məhəllələrdəki ağacların suvarılması məqsədilə su kranlarının bərpası, maddi köməklik göstərilməsi və digər sosial məsələlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Vətəndaşlara müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər