Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Novruz bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı paylanılıb

17 mart 2018 | 16:00
17 mart 2018-ci il tarixində Novruz bayramı münasibətilə rayon ərazisində yaşayan aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və “Veysəloğu” şirkətinin Korporativ Sosial Məsuliyyət üzrə meneceri Xəyal Verdiyev Novruz bayramı münasibətilə aztəminatlı ailələri təbrik edib, bu günlərdə ehtiyacı olan insanlara kömək göstərilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıblar.
G.İsrafilova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən sosial siyasətin əhalinin sosial müdafiəsinə, xüsusilə də aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırıb.
Sonra Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayon ərazisində yerləşən “Veysəloğu” şirkətinin təşəbbüsü ilə hazırlanmış  bayram sovqatları aztəminatlı ailələrə paylanılıb.
Quliyev Mirzə, Əhmədova Xuraman və şəhid bacısı Cabbarova Samirə aztəminatlı ailələr adından onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və  rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər