Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib

18 aprel 2018 | 16:00

Rayon sakinlərinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədi ilə İcra Hakimiyyətinin başçısı Arif Qasımov sakinlərlə mütəmadi səyyar qəbul-görüşlər keçirir.

Növbəti səyyar qəbul-görüş 18 aprel 2018-ci il tarixində Bəhruz Nuriyev küçəsi 71 və 75 saylı ünvanlarda yaşayan sakinlərlə keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Qəbulda sakinlər binanın girişlərinin, dam örtüyünün, liftlərin təmir olunmasını, zirzəmiyə axıdılan suyun qarşısının alınması və təmizlənməsi, maddi köməklik göstərilməsi və digər  təkliflərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Qəbulda sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alınıb və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verilib.

Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər