Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib

24 aprel 2018 | 16:00

24 aprel 2018-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Əli Vəliyev küçəsi 11, 11a, 11b ünvanlarda yaşayan sakinlərlə səyyar qəbul keçirib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Sakinlər mövcud olan bəzi problemləri, o cümlədən həyətdə su kranının qoyulması, məhəllədaxili yolların asfaltlanması,məhəllədəki xeyir-şər evinə elektrik və qaz sayğaclarının qoyulması, xidməti mənzilə daimi orderin verilməsi və  bir sıra digər məsələləri İcra başçısının diqqətinə çatdırıblar.

Qəbulda sakinlərin qaldırdıqları məsələlər, rəy və təkliflər dinlənilərək, Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən problemlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Sakinlər, eyni zamanda, ölkəmizdə, eləcə də rayon ərazisində gedən genişmiqyaslı abadlıq və quruculuq işlərini, aparılan köklü islahatları, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.


 

Keçidlər