Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ümummilli lideri Heydər Əliyevin 95-ci ildönümü münasibətilə tədbir keçirilib

10 may 2018 | 16:00

Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi, Texnika və Texnologiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 10 may 2018-ci il tarixində Texnika və Texnologiya üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin 95-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbiri Mərkəzin direktoru Qalib Həsənov açaraq dahi şəxsiyyət, ulu öndər, müstəqil Azərbaycanın yaradıcısı Heydər Əliyevin müsilsiz xidmətlərindən danışıb. Q.Həsənov bildirib ki, əgər ulu öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gəlməsəydi, Azərbaycan əbədi müstəqilliyə heç vaxt qovuşa bilməzdi. Məhz Heydər Əliyevin uzaqgörən siyasəti, çevik diplomatiyası və idarəetmə təcrübəsi, ən əsası da xalqın ona olan inamı sayəsində ölkəmizdə əmin-amanlıq bərqərar oldu, sözün əsil mənasında müstəqil və demokratik Azərbaycan quruldu.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun sektor müdiri Hacı Nərimanoğlu Heydər Əliyevin xalqımızın rifahı, ölkəmizin qüdrətlənməsi və sabitliyin yaradılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlərdən söhbət açıblar və qeyd ediblər ki, bu gün Ulu Öndərimizin ən layiqli davamçısı olan dövlət başçısı cənab İlham Əliyev Heydər Əliyev yolu ilə ölkəmizi dünya müstəvisində layiqli bir səviyyəyə qaldırıb. Dahi Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan cənab Prezidentimizin hərtərəfli fəaliyyəti sayəsində böyük nüfuz və söz sahibinə çevrilib.

Tədbirdə Peşə Təhsil Mərkəzinin şagirdlərinin ifasında Heydər Əliyevə, eləcə də  Vətənə, Ana torpağa və ordumuzun qəhrəman oğullarına həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Tədbirin sonunda Mərkəzin həyətyanı yaşıllıq ərazisində Heydər Əliyevin 95-ci ildönümü münasibətilə rəmzi olaraq 95 ədəd həmişəyaşıl ağac əkilib.

Keçidlər