Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun Keşlə qəsəbə sakinləri ilə səyyar qəbul-görüşü keçirilib

16 may 2018 | 16:00

16 may 2018-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən Keşlə qəsəbə sakinləri ilə səyyar qəbul-görüş keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və Keşlə qəsəbə sakinləri iştirak ediblər.

Qəbulda sakinlərin müraciət, təklif və rəyləri dinlənildikdən sonra müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Eyni zamanda, Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Nizami rayonunda, o cümlədən Keşlə qəsəbəsində aparılan abadlıq və yenidənqurma işlərindən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Keşlə qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər