Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “28 may – şanlı tariximiz” adlı tədbir keçirilib

18 may 2018 | 16:00

Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi və Keşlə qəsəbəsindəki 201 №-li tam orta məktəbin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 18 may 2018-ci il tarixində məktəb kollektivinin, şagird və valideynlərin iştirakı ilə “28 may – şanlı tariximiz” adlı tədbir keçirilib.

Tədbirdə 201 №-li tam orta məktəbin tarix müəllimi Nahidə Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, fəaliyyəti və həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verib. N.Əliyeva xüsusi olaraq vurğulayıb ki, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı səhifəsi, əsrlər boyu həsrətində olduğumuz azadlığımızın təntənəsi idi.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov və məktəbin direktoru Süsən Salmanova  Azərbaycan Xalq Cümhuriyyətinin tarixi fəaliyyəti barədə tədbir iştirakçılarına bir sıra məlumatlar veriblər. Çıxışlarda qeyd olunub ki, müasir Azərbaycan XX əvvəllərində bərqərar olmuş, cəmi 23 ay fəaliyyət göstərmiş, daxili çəkişmələr və xarici müdaxilələr nəticəsində öz müstəqilliyini itirmiş AXC-nin tarixi varisidir və ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində XX əsrin sonlarında yenidən qazandığımız azadlıq və müstəqilliyimiz qorunub saxlanılmış, yeni, müstəqil Azərbaycan qurulmuşdur. Bu gün əsası Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və hərtərəfli fəaliyyəti sayəsində gündən-günə qüdrətlənir, inkişaf edir.

Tədbirdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsm işlərinin sərgisi təşkil edilib və videoçarx nümayiş olunub, məktəblilərin ifasında Cümhuriyyətə və Vətənə həsr olunmuş şeirlər səslənib.

Keçidlər