Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Azərbaycan Xalq Cümhuriyyəti – 100 il“ adlı tədbir keçirilib

23 may 2018 | 16:00

23 may 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi və 210 №-li tam orta məktəbin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məktəb kollektivinin, şagird və valideynlərin iştirakı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100 il“ adlı tədbir keçirilib.

İlk öncə məktəblilərin Azərbaycan Xalq Cümhuriyyətinə həsr etdiyi rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Məktəbin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra məktəbin şagirdləri tərəfindən “Əsrin yaşıdı, Cümhuriyyətim mənim!” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.

Tədbirdə çıxış edən 210 №-li tam orta məktəbin direktoru Kəmalə Rəsulova və Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti barədə tədbir iştirakçılarına geniş məlumat veriblər. Natiqlər xüsusi olaraq vurğulayıblar ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. İlk qərarı ilə milliyyəti, dini, sosial vəziyyəti və cinsindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına bərabər hüquqlar verən Cümhuriyyətin yaranması çox mürəkkəb şəraitdə elan olunmuşdur. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti tarixinin hər bir səhifəsi bütün azərbaycanlılar üçün olduqca əzizdir.

Tədbirin sonunda məktəblilərin ifasında Cümhuriyyətə, bayrağımıza və Vətənə həsr olunmuş şeirlər səslənib, mahnılar ifa olunub.

         

Keçidlər