Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Ramazan bayramı ərəfəsində rayonun aztəminatlı şəhid, Qarabağ müharibəsi əlilləri ailələrinə və tənha qocalara ərzaq sovqatı paylanılıb

25 may 2018 | 16:00

25 may 2018-ci il tarixində Rayon İcra Hakimiyyəti tərəfindən “Azərbaycan Qızıl Aypara” Cəmiyyətinin Nizami rayon bölməsi ilə birgə Ramazan bayramı ərəfəsində rayonun aztəminatlı şəhid, Qarabağ müharibəsi əlilləri ailələrinə və tənha qocalara ərzaq sovqatı paylanılıb.

Ramazan ayı münasibətilə təşkil edilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova,  “Azərbaycan Qızıl Aypara” Cəmiyyətinin Nizami rayon bölməsinin sədri Rəna İbrahimova, “Azərbaycan Qızıl Aypara” Cəmiyyətinin vitse-prezidenti Əziz Qocayev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev çıxış edərək, insanlar arasında birlik, bərabərlik və xeyirxahlığı, dini dəyərlərə bağlılığı təcəssüm etdirən mübarək Ramazan ayı münasibətilə aztəminatlı ailələri təbrik ediblər. Natiqlər ölkədə aztəminatlı və şəhid ailələrinə, müharibə əlillərinə göstərilən dövlət qayğısından danışaraq, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər görüldüyünü qeyd ediblər.

Çıxışlardan sonra aztəminatlı ailələrə ərzaq sovqatları paylanılıb.

Tədbirdə aztəminatlı ailələr göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Keçidlər