Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda məktəblilər arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Şahmat" turniri keçirilib

24 may 2018 | 16:00

24 may 2018-ci il tarixində 10 saylı tam orta məktəbdə Nizami rayon məktəbliləri arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Şahmat" turniri keçirilib.

5-11-ci sinif şagirdlər arasında keçirilən turnirdə 20 şagird qələbə uğrunda mübarizə aparıb.

Turnirdə I yeri 238 saylı tam orta məktəbin şagirdi Vüqar Əsədli, II yeri 62 saylı məktəb-liseyin şagirdi Şükür Xəlilov və III yeri 145 saylı tam orta məktəbin şagirdi Elşən Talıblı tutublar.

Sonda qaliblər Nizami Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

 

Keçidlər