Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Heydər Bağı – Park Bulvarda X kitab bayramı keçirilib

31 may 2018 | 16:00

31 may 2018-ci il tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Heydər Bağı – Park Bulvarda X kitab bayramı keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavinləri Gülnaz İsrafilova və İldırım Mehdiyev, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova, Rayon İcra Hakimiyyəti başçısı aparatının, Rayon Mədəniyyət Mərkəzinin və Rayon Mərkəzi Kitabxanasının əməkdaşları iştirak ediblər.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Gülnarə Seyidova çıxış edərək, kitab bayramlarının yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə olan marağın və istəyin artırılması, kitab mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını qeyd ediblər. Natiqlər bilik mənbəyi olan kitabın əhəmiyyətindən, ölkəmizdə kitabxana-informasiya sahəsinin inkişafına göstərilən dövlət qayğısından, ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan kitabxana quruculuğu sahəsindəki xidmətlərindən danışıblar. Eyni zamanda, cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə kitabxanaçılığın inkişaf etdirildiyini və kitabxanaların maddi-texniki bazasının yaxşılaşdırıldığını vurğulayıblar.

Tədbirdə 201, 238, 61, 210, 227, 251, 12 və 32 №-li məktəblərin şagirdləri M.Füzulinin “Meyvələrin bəhsi”, H.Cavidin “İblis”, S.S.Axundovun “Qaraca qız” əsərlərindən, həmçinin şifahi xalq ədəbiyyatı nümunələrindən səhnələşdirilmiş parçalar nümayiş etdiriblər.

Eyni zamanda,  32 №-li məktəbin şagirdlərindən ibarət xor və Nizami Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuş konsert proqramında müğənnilər rəngarəng mahnılarla çıxış ediblər.

Sonra kitab sərgisinə baxış keçirilib. Sərgidə Ulu Öndərin zəngin və mənalı ömür yoluna həsr olunmuş kitablar və Azərbaycan, dünya və uşaq ədəbiyyatı seriyasından  kitablar nümayiş olunub.

Keçidlər