Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda növbəti iməcilik keçirilib

06 oktyabr 2018 | 16:00

Nizami rayonunda aparılan abadlıq-quruculuq, yenidənqurma işləri ilə yanaşı, mütəmadi olaraq həftə sonları iməciliklər də təşkil edilir.

Növbəti iməcilik 06 oktyabr 2018-ci il tarixində Rüstəmov küçəsi boyunca, Q.Qarayev prospekti ilə Şərifli küçəsinin kəsişməsində yerləşən yaşıllıq zolağında təşkil edilib.

İməcilik rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə keçirilib.

İməcilik keçirilən ərazi tullantılardan təmizlənib, ağaclar budanıb və dibləri bellənib, yeni 250 ədəd Eldar şamı əkilib.

Keçidlər