Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Vətən səndən başlayır” mövzusunda tədbir keçirilib

25 oktyabr 2018 | 16:00

25 oktyabr 2018-ci il tarixində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yeniyetmə və gənclər arasında vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinə həsr olunmuş “Vətən səndən başlayır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, təşkilatın Həmkarlar İttifaqının sədri Nəbi Hacıyev, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İsa Hüseynov və Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan mayor Yəhya Ağayev iştirak edib.

Direktor müavini Aytac Rzayeva veteranları məktəblilərə təqdim edərək, yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunmasının günün aktual məsələsi olduğunu diqqətə çatdırıb.

Ehtiyatda olan polkovnik Adil Haqverdiyev məktəbli gənclərə  Azərbaycan Ordusunun keçmişi və bu günü, itirilmiş torpaqlarımız və şəhidlərimiz barədə məlumat verib, özünün döyüş xatirələrindən danışıb. Natiq qeyd edib ki, müstəqillik asan qazanılmayıb. Bu yolda minlərlə şəhidimizin qanı tökülüb. Bu baxımdan Azərbaycanda yaşayan hər bir kəs müstəqilliyimizin qədrini bilməli, Vətən uğrunda canından belə keçməyə hazır olmalıdır. Bu gün ordu quruculuğunda aparılan işlər, hərbi xidmət keçən oğullarımızın vətənə sədaqəti, şücaəti, nizam-intizamı işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağı gündən xəbər verir.

Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Yəhya Ağayev ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsinin daim diqqət mərkəzində olduğunu, rayon məktəblərində mütəmadi olaraq gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsi, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsi istiqamətində maarifləndirmə və təbliğat işləri aparıldığını, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərmiş şəhid və Milli Qəhrəmanların gənclər arasında tanıdılıması istiqamətində görüşlər və kütləvi tədbirlər keçirildiyini diqqətə çatdırıb.

Keçidlər