Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Yeniyetmə gəncləri narkomaniya və dini radikalizm meyllərindən qoruyaq!” mövzusunda tədbir keçirilib

31 oktyabr 2018 | 16:00

Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 31 oktyabr 2018-ci il tarixdə Keşlə qəsəbəsindəki 227 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Yeniyetmə gəncləri narkomaniya və dini radikalizm meyllərindən qoruyaq!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova və 227 №-li tam orta məktəbin direktoru Sevinc Hüseynova çıxış edərək, narkomaniya və dini radikalizm haqqında tədbir iştirakçılarına geniş məlumatlar verib, yeniyetmə gəncləri zərərli vərdişlərdən uzaq durmağa, habelə onları radikal dini cərəyanlara qoşulmamağa çağırıb, sağlam həyat tərzinin yeganə və alternativsiz seçim olduğunu onların nəzərinə çatdırıblar.

Çıxışlarda həmçinin qeyd olunub ki, yerlərdə aparılan maarifləndirici tədbirlərin, görüşlərin böyük əhəmiyyəti vardır, belə tədbirlərin ardıcıl olaraq tədris müəssislərində keçirilməsi təqdirəlayiqdir və bu istiqamətdə aparılacaq işlərin intensivliyi daha da artırılacaqdır. Birgə əməli fəaliyyətlə yeniyetmə gənclər narkomaniya və dini radikalizm meyllərindən qorunmalı, sağlam həyat tərzi təbliğ edilməlidir.

Tədbirin sonunda 227 №-li tam orta məktəbin şagirdlərinin ifasında zərərli vərdişlərin ağır fəsadlarından bəhs edən səhnəcik nümayiş etdirilib. 

 

Keçidlər