Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Zərərli vərdişlərdən özümüzü qorumalı!” mövzusunda maarifləndirici tədbir keçirilib

06 noyabr 2018 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Nizami rayon komissiyasının 2018-ci il iş planına uyğun olaraq noyabr ayının 6-da Kimya-biologiya təmayüllü Respublika liseyində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Zərərli vərdişlərdən özümüzü qorumalı!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, rayon komissiyanın məsul katibi Bəhman Hüseynov, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Tural Mustafazadə, liseyin direktor müavini Aslan Ağakişiyev və təhsil müəssisəsinin həkimi Həmidə Ələfsərova çıxış edərək narkomaniyanın ağır fəsadları, onun insan sağlamlığına vurduğu sağalmaz yaraları barədə tədbir iştirakçılarına geniş məlumatlar veriblər. Çıxışlarda sağlam həyat tərzinin alternativi olmadığı və yeniyetmə-gənclərin zərərli vərdişlərdən tamamilə uzaq olmağın zərurilyi önə çəkilib.

Çıxış edənlər onu da qeyd ediblər ki, narkomanlıq, tütünçəkmə və alkoqolizm sağlamlığımızın düşmənləridir və onlara qarşı var gücümüzlə mübarizə aparmalıyıq.

Tədbirdə həmçinin zərərli vərdişlər barəsində şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

Tədbirin sonunda zərərli vərdişlər və onların ağır fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarx nümayiş olunub.

Keçidlər