Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib

24 oktyabr 2018 | 16:00

24 oktyabr 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov İ.Məmmədov küçəsi 2/4, 3, Babək prospekti 99, 101 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Görüşdə rayon sakinlərinin rəy və təklifləri, müraciət və şikayətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, vətəndaşlara müvafiq izahatlar verilib.

Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan digər məsələlər isə qanunvericiliyə uyğun, operativ həlli üçün qeydiyyata götürülərək, əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər