Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbiri keçirilib

14 noyabr 2018 | 16:00

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, 14 noyabr 2018-ci il tarixində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə  “Narkotiklər və psixotrop maddələr haqqında həqiqəti öyrənək” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun məsul əməkdaşı Raqif Allahverdiyev, Nizami Rayon Gənclər və İdman  İdarəsinin əməkdaşı Tural Mustafazadə, “Yeni həyat” Humanitar və Sosial Dayaq ictimai birliyinin əməkdaşları Nailə İsmayılova və Nəzakət Balabəyova, Peşə Mərkəzinin direktor müavini Aytac Rzayeva çıxış edərək, narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına  ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumat veriblər. Çıxışlarda həmçinin asudə vaxtın səmərəli təşkilinin, idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmağın vacibliyi xüsusilə vurğulanıb.

Tədbirdə həmçinin, iştirakçılara narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan zəruri təbliğat materialları paylanılıb və sağlam həyat tərzini təbliğ edən sosial rolik nümayiş etdirilib.

 

 

 

 

Keçidlər