Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda növbəti ağacəkmə aksiyası keçirilib

21 noyabr 2018 | 16:00

Rayon ərazisində ətraf mühitin, ekoloji vəziyyətin yaxşılaşdırılması və yaşıllıqların salınması istiqamətində həyata keçirilən silsilə tədbirlər davam etdirilməkdədir.

21 noyabr 2018-ci il tarixində R.Rüstəmov və E.Suleymanov küçələrində rayonun idarə, müəssisə və təşkilatlarının, ictimai birliklərin, xidmət sahələrinin,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, eyni zamanda Azərbaycan Respublikasının əməkdar artisti Baloğlan Əşrəfovun iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib..

Aksiya zamanı 380 ədəd Eldar şamı və 300 ədəd badam ağacı əkilib. Yeni əkilən ağaclar suvarılaraq onlara aqrotexniki qulluq göstərilib,

Qeyd edək ki, cari il ərzində rayon ərazisində  3750 ədəd həmişəyaşıl ağac və 2020 ədəd bəzək kolu əkilib, 17100 m2 qazon döşənib.

 

Keçidlər