Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “N” nömrəli hərbi hissədə bayram konserti təşkil edilib

14 dekabr 2018 | 16:00

14 dekabr 2018-ci il tarixində Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Nizami Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən “N” nömrəli hərbi hissəsində əsgərlərlə görüş və bayram konserti təşkil edilib.

Hərbi birləşmənin komandir müavini qonaqları, hərbi qulluqçuları və əsgərləri salamlayaraq, qarşıdan gələn bayram münasibətilə onları təbrik edib, orduya göstərilən diqqət və qayğıdan, belə tədbirlərin əhəmiyyətindən danışıb.

Tədbirdə Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin Sosial müdafiə bölməsinin əməkdaşı Zümrüd Məmmədova və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı Mürvət İbrahimov çıxış edərək, ölkəmizdə aparılan ordu quruculuğundan və orduya göstərilən diqqət və qayğıdan, hərbiçilərin mənzil və məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən, ordu-xalq birliyinin əhəmiyyətindən danışıblar və əsgərlərə bu şərəfli vəzifə borclarını yerinə yetirmələrində uğurlar arzulayıblar.

Sonra çıxış edən Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva hərbiçilərlə görüşə şərait yaratdığına görə Müdafiə Nazirliyinə və hərbi birləşmənin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edən müğənnilər Elnur Məmmədov və Cəvahir Abdulovanın ifaları, həmçinin rəqs kollektivlərinin rəngarəng çıxışları maraqla qarşılanıb və əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.

Fotolar: /gallery/33.html

 

Keçidlər