Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda narkomaniyaya qarşı mübarizə üzrə növbəti maarifləndirici tədbirlər keçirilib

23 yanvar 2019 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının 2019-cu il iş planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə yanvar ayının 16-da 250 №-li tam orta məktəbdə “Devizimiz sağlam həyat tərzidir!” və yanvar ayının 23-də Keşlə qəsəbəsindəki 312 №-li tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir!” adlı növbəti maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis mayoru Kəmalə Ələkbərova, Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova, Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinin rəisi, polis mayoru Emin Çələbiyev, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların işi üzrə inspektoru Xədicə Hüseynova, Nizami Rayon Polis İdarəsi Veteranlar şurasının sədr müavini Firdovsi Bayramov, 250  və 312 №-li tam orta məktəblərin direktorları Xalidə İbrahimova və Xatirə Hacıyeva cıxış edərək narkomaniya və onun ağır fəsadları haqqında geniş məlumatlar veriblər.

Çıxışlarda qeyd olunub ki, zərərli vərdişlərə aludəçilik sonda insan şəxsiyyətinin həm mənəvi, həm də fiziki məhvinə gətirib çıxarır. Hər bir gənc əsil vətəndaş və cəmiyyətə gərəkli  şəxsiyyət kimi formalaşması üçün yalnız sağlam həyat tərzini seçməlidir.

Tədbirlərdə şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, həmçinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının narkomanlıq və onun fəsadlarından, habelə insan səhhətinə vurduğu sağalmaz yaralardan bəhs edən  video-çarxı nümayiş olunub.

Fotolar: /gallery/38.html

             /gallery/39.html

Keçidlər