Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

30 yanvar 2019 | 16:00

30 yanvar 2019-cu il tarixində 227 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının və Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşları, Keşlə bələdiyyəsinin üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri və Keşlə sakinləri iştirak ediblər.

Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyev qəsəbədə görülmüş işlər barədə ətraflı məlumat verib.

Q.Qarakişiyev 2018-ci ildə Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 227 saylı tam orta məktəbin əsaslı təmir edildiyini və  cənab Prezident İlham Əliyevin 12 sentyabr 2018-ci il tarixində həmin məktəbin açılışında, 21 dekabr 2018-ci il tarixində isə Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan yenidənqurma və modernləşdirmə layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilən yeni bitum qurğusunun və maye qazdoldurma məntəqəsinin açılışında iştirak etdiyini diqqətə çatdırıb.

Hesabat ilində Davud Aslan küçəsinin təmir edildiyini, ağac və bəzək kolları əkildiyini, Zəki Məmmədov küçəsində yenidən asfaltlanma işləri aparıldığını, küçənin sağ və sol hissəsində müasir tələblərə uyğun təmir-bərpa işlərinin həyata keçirildiyini, Babək prospektində əsaslı təmir işləri aparıldığını, kommunikasiya xətlərinin  müasir tələblər səviyyəsində yenidən qurulduğunu, prospekt boyunca müəssisələrin  fasadlarının təmir edildiyini, eyni zamanda, yol kənarlarına 500 ədəd ağac və bəzək kolları əkildiyini nəzərə çatdırıb. Ötən il ümumulikdə qəsəbədaxili yollara 18000 kv.m. asfalt örtüyü vurulduğunu bildirib.

2018-ci ildə qəsəbə ərazisində sahibkarlar tərəfindən müxtəlif iaşə və ticarət  obyektləri, istehsal sahələrinin inşa edilidyini və yeni iş yerləri açıldığını söyləyib.

Ötən ildə qəsəbənin P.Fərzəliyev və D.Aslan küçələrində “Azərbaycan  Dəmir Yolları” ASC-nin sifarişi əsasında dəmiryolunun mühafizə  zolağında yerləşən 500-ə yaxın ailənin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə köçürülməsinin təmin edildiyini yığıncaq iştirakçılarının nəzərinə çatdırıb.

Bunlardan əlavə, Q.Qarakişiyev Keşlə qəsəbəsində ictimai-siyasi və sosial sahədə, qaz, istilik və su təchizatının yaxşılaşdıırlması istiqamətində görülən işlər və 2019-cu ildə qarşıya qoyulmuş tapşırıqların icrası istiqamətində həllini gözləyən bir sıra problemlər barədə ətraflı məlumat verib.

Sonra məruzə ətrafında Nizami rayon  Enerji Təchizatı və Satışı İdarəsi İstismar şöbəsinin rəisi İmran Məmmədov, 227 saylı məktəbin direktoru Sevinc Hüseynova və Keşlə sakini Hökumə Qədimova çıxış ediblər.

Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Keşlə qəsəbəsində həllini gözləyən bir sıra məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.

 

Keçidlər