Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda məktəbliləri arasında Xocalı soyqırımı gününə həsr olunmuş stolüstü tennis üzrə rayon turniri keçirilib

21 fevral 2019 | 16:00

21 fevral 2019-cu il tarixində 238 nömrəli tam orta məktəbdə Nizami rayon məktəbliləri arasında Xocalı soyqırımı gününə həsr olunmuş stolüstü tennis üzrə rayon turniri keçirilib.

Turnir ümumilikdə 27 iştirakçı olmaqla 9 komanda arasında olimpiya sistemi üzrə keçirilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda qalib komandalar müəyyən edilib. l yerə 145 nömrəli tam orta məktəb, II yerə 129 nömrəli tam orta məktəb və III yerə 238 nömrəli tam orta məktəbin komandası layiq görülüb.

Qalib komandalara Nizami Rayon Gənclər və İdman İdarəsi tərəfindən medal və diplomlar təqdim olunub.

Keçidlər